Xəbər Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Müəllif: Xeberim.az on in Dünya
1st Image
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 10-da 73,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,03 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 10-da 69,94 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 10-da 71,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,64 dollar/barel çoxdur.