Xəbər Şəhriyar Məmmədyarov “Sinkfild” super turnirində növbəti heç-heçəsini edib

Şəhriyar Məmmədyarov “Sinkfild” super turnirində növbəti heç-heçəsini edib

Müəllif: Xeberim.az on in İdman
1st Image
ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinkfild” kuboku uğrunda super turnirinin altıncı turu oynanılıb.AZƏRTAC xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb. Günün digər qarşılaşmalarında ABŞ idmançısı Fabiano Karuana rusiyalı Sergey Karyakinə qalib gəlib. Digər görüşlər isə heç-heçə başa çatıb. Altı turdan sonra Karuana 4 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 3,5 xal olan Məmmədyarov, Qrişuk, Karlsen və Aronyan ikinci-beşinci yerləri bölüşürlər. Ümumi mükafat fondu 300 min dollar olan turnir avqustun 27-dək davam edəcək