Xəbər Ağstafada qəribə buzov doğuldu - FOTOLAR

Ağstafada qəribə buzov doğuldu - FOTOLAR

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
Ağstafada doğulan buzov onu görənlərdə təəccüb doğurur.

Ağstafanın Dağ Kəsəmən kənd sakini Mahal Mansurovun Ukraynadan aldığı cins inəyin 4-cü dəfə dünyaya gətirdiyi balası quyruqsuz olub.

Uzun illərdir mal-qara saxlayan kənd sakini ilk dəfədir bu cür hadisə ilə üzləşdiyini deyir. 2 ay öncə doğulan heyvan rahat şəkildə hərəkət edir və digər buzovlardan seçilmir.

Sakinlər buzovun gələcəkdə quyruğu olmadan yaşamasının heyvan üçün müəyyən çətinliklər yaradacağını bildirirlər. Mütəxəssislər isə bu cür halların genetik modifikasiya zamanı baş verdiyini bildirirlər.

Qeyd edək ki, bir neçə ay öncə də rayonun Qarahəsənli kəndində analoji hadisə baş verib. /Kəpəz tv/