Xəbər "Cavab oyunu məni maraqlandırmır"

"Cavab oyunu məni maraqlandırmır"

Müəllif: Xeberim.az on in İdman
1st Image
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Borussiya Dortmund" üzərində qazanılan qələbədən (2:1) sonra oyun barədə şərh verib.

Xeberim.Az goal.az-a istinadən xəbər verir ki, Alleqri ikinci hissədə "Yuventus"un üstünlüyü tam ələ almasını vurğulayıb.

 

"Qalib gəldiyimizə görə sevinirəm. Əsas odur ki, yaxşı futbol göstərdik. Birinci yarıda müdafiədə bəzi problemlər oldu. Qonaqlar meydanın mərkəzində yaxşı pressinq edirdilər. Qapımızda qol gördüyümüz üçün təəssüflənirəm. Amma hərdən olur. İkinci hissə "Yuventus"un aktivinə yazıldı. Buffon, demək olar ki, oyuna qoşulmurdu. Rəqibi topsuz qoyduq. Hesab edirəm ki, Avropada uğur qazanmaq istəyən klub üçün bu, mühüm amildir. Buna baxmayaraq, cavab qarşılaşmasında hansı problemlərlə üzləşəcəyimizi təxmin etmək çətin deyil. Amma hələ ki cavab oyunu məni maraqlandırmır. Çempionlar Liqasının pley-off mərhələsində qitənin ən güclü klubları ilə mübarizə aparmalı olurlar. Buna görə soyuqqanlı olmalı və müdafidə səliqəli oynamaq lazımdır. Bundan başqa rəqibin zəif yerlərini tapıb istifadə etmək mühümdür. "Borussia" ilə oyun bizim xeyrimizə oldu. Belə oyunlarda üstünlüyü əldə saxlayıb qollar vurmaq mümkündür".