Xəbər Gənc fəal Heydərli Məzahir Bakı 2015 Avropa oyunlarını xarici ölkədə təbliğ edib

Gənc fəal Heydərli Məzahir Bakı 2015 Avropa oyunlarını xarici ölkədə təbliğ edib

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
Xeberim.az saytının baş redaktoru Heydərli Məzahir Gürcüstan səfəri barəsində xeberim.az saytına açıqlama verib

Gənc fəal müsahibəsində bildirib:

-Gürcüstan Respublikasında səfərdə olduğum zaman bu respublikanın fəal gəncləri ilə görüşdüm.Onlara ölkəmizdə görülən işlər və Baku 2015 Avropa oyunları haqqında ətraflı məlumat verdim . Daha sonra həm gürcü həm də orda təhsil alan xarici tələbələrdən ölkəmiz haqqında fikirlərini öyrəndim . Hər birinin fikri müsbət olsa da bir gəncin fikirləri daha çox diqqətimi cəlb etdi.

O ünsiyyət zamanı bildirdi ki,siz və sizin timsalınızda bütün Azərbaycan gəncləri çox xoşbəxtdir.Bunun əsas səbəbi isə yanınızda hər zaman sizə dəstək olan prezidentinizin olmasıdır və ölkənizi bütün dünya tanıyır .

Hətta bir neçə gün öncə baş vermiş hadisədən sonra dövlət başçınızın qəbul etdiyi qərarlar və söylədiyi açıqlamalar bunun bariz nümunəsidir.İnanın ki, bu gəncin fikirlərini dinlədikdən sonra bir daha Azərbaycan Respublikasının vətəndaşı olduğum üçün fəxr etdim"