Xəbər Ramil Usubov: İstəyərəm ki, bütün idman növlərində Azərbaycan idmançıları qalib gəlsin – VİDEO

Ramil Usubov: İstəyərəm ki, bütün idman növlərində Azərbaycan idmançıları qalib gəlsin – VİDEO

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
“Təhlükəsizlik yüksək səviyyədə qorunacaq”.

Azərbaycanın daxili işlər orqanının şəxsi heyəti ölkəmizdə keçiriləcək Avropa Oyunlarına hazır vəziyyətdədir. Bura gələcək qonaqların və Azərbaycan vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunacaq.

Avropa Oyunları zamanı təhlükəsizliyin və asayişin qorunması ilə bağlı qurumun 25 mindən artıq şəxsi heyəti bu işlərə cəlb olunub.

Özəlliklə də şəxsi heyətin hər biri konkret olaraq hansı sahədə xidmət aparacaqlarsa, o sahənin peşakarlarıdır. İnanıram ki, bu oyunlar Azərbaycanda təhlükəsizlik və əmin-amanlıq şəraitində keçəcək.

Bizim bütün istəyimiz, arzumuz ondan ibarətdir ki, bu oyunlar təhlükəsiz bir şəraitdə keçsin. Bunun üçün nə lazımdırsa edirik.

Xeberim.Az xəbər verir ki, bunu ANS TV-nin “Hesabat” verilişinə müsahibəsində Azərbaycanın daxili işlər naziri Ramil Usubov bildirib.

Nazir qeyd edib ki, “polis də bu xalqın ayrılmaz bir hissəsi olaraq çalışacaq ki, həm asayişi qorusun, həm də elə bir xidmət göstərsin ki, xaricdən gələn insanlar da Azərbaycan haqqında, vətənimiz və onun polisi haqqında yaxşı fikirlərlə, düşüncələrlə buradan ayrılsınlar”.

Nazir həmçinin hansı idman növünə azarkeşlik edəcəyini də açıqlayıb:

“Tamaşaçı olaraq mən güləşdən, boksdan gözləyirəm. Belə düşünürəm ki, bu idman növlərində bizim idmançılar əvvəllər də olduğu kimi fərqlənə bilərlər. Təbii ki, bir azərbaycanlı, bir Ramil Usubov kimi istəyərəm ki, bütün idman növlərində Azərbaycan idmançıları qalib gəlsin. Hər bir halda Azərbaycanda birinci Avropa Oyunları keçirilməsi hər birimiz üçün sevindirici haldır”.