Xəbər Azad Rəhimov: Biz oyunların təbliğatı məsələsində istəyimizə çatdıq — VİDEO

Azad Rəhimov: Biz oyunların təbliğatı məsələsində istəyimizə çatdıq — VİDEO

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
Açılış mərasimində prezidentlər, baş nazirlər, şahzadə və knyazlar iştirak edəcəklər.

Bakıda həm Milli Təhlükəsizlik Nazirliyi, həm Daxili İşlər Nazirliyi, həm də xüsusi təhükəsizlik xidmətləri tərəfindən qurulan bu sistemlər ən müasir sistemlərdir. Kimsə biletlə tribunaya daxil olub yeri dəyişirsə, bu, ən təhlükəli məqamlardandır.

Bu zaman sual yaranır, nə üçün bu insan biletində göstərilən yerdə oturmayıb, yerini dəyişib? Bu hal tək Bakıda deyil, bundan qabaq dünyanın müxtəlif yerlərində keçirilən olimpiya oyunlarında da tətbiq olunub. Eşitdiyim budur. Burada ən əsası da odur ki, biletlərin tərkibində xüsusi çip var. Məhz bu, bütün hərəkətləri yoxlamaq imkanı verir.

Bunu ANS TV-nin “Hesabat” verilişinə müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazirin sözlərinə görə, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində prezidentlər, baş nazirlər, bəzi ölkələr isə şahzadə və yaxud knyaz səviyyəsində təmsil olunacaq.

“İştirak edəcək ölkələrin sayı 30-dan artıqdır”, - deyə, Azad Rəhimov bildirib.

Nazir həmçinin Oyunların Azərbaycana hansı faydalar gətirəcəyindən də danışıb:

“Sözsüz ki, bu oyunlar Azərbaycan üçün bir Avropa ölkəsi kimi çox böyük bir şans gətirir. İndiyə kimi biz bəzi ölkələrdə belə bir sualla qarşılaşırıq ki, Azərbaycan harada yerləşir? Bəzi Avropa ölkələrində, paytaxtlar xaric bəzi yerlərində yaşayan sakinlərdə Azərbaycanın harada yerləşdiyi barədə məlumat yoxdur.

Hazırda oyunlarla bağlı 150 kanalla müqavilə bağlanıb. Onlara yayım hüququ verilib. Bütün Avropada bu oyunlara böyük bir maraq var. Biz oyunların təbliğatı məsələsində istəyimizə çatdıq. İnanıram ki, bundan sonra bir kimsə bu sualla qarşılaşmayacaq”.