Xəbər Xocalı faciəsinin qurbanları anılacaqlar

Xocalı faciəsinin qurbanları anılacaqlar

Müəllif: Xeberim.az on in Münasibət
1st Image
Fevral ayının 26-da, saat 16.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri 46 saylı Məktəbdənkənar tərbiyə işi Mərkəzi ilə birgə baş tutacaq tədbirdə Mərkəzin rəsm dərnəyinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək.

Daha sonra teatrın kiçik səhnəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdiyi rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” sənədli filminin ilk premyerası nümayiş etdiriləcək. Film Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunub.