Xəbər Arda "Barselona"ya görə hansı klubları rədd etdi?

Arda "Barselona"ya görə hansı klubları rədd etdi?

Müəllif: Xeberim.az on in İdman
1st Image
"Atletiko"dan "Barselona"ya transfer olunan Arda Turanı daha iki klub heyətinə cəlb etmək istəyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Madrid klubunun prezidenti Enrike Sereso məlumat verib.

O bildirib ki, "Mançester Yunayted" və "Çelsi" kimi klublar da türk yarımmüdafiəçi üçün təklif göndəriblər:

"Ancaq Arda "Barselona"ya getməyi seçdi. Biz onu komandada saxlamaq istəyirdik. Ancaq Arda getmək istədiyini söylədi və biz də onu "Barselona" kimi böyük kluba göndərdik".

Qeyd edək ki, A.Turan "Barselona"ya 41 milyon avroya transfer olunub. O, Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb.