Xəbər Futbolda yeni rekord: 38:0

Futbolda yeni rekord: 38:0

Müəllif: Xeberim.az on in İdman
1st Image
Morsbi limanında (Papua Yeni Qvineya) 15-ci Sakit Okean oyunları keçirilir.

"İki sahil" Azadinform-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində Fici yığması futbol tarixində ən böyük qələbəni əldə edib. Sakit Okean oyunlarının qrup turnirinin Rio-de-Janeyroda Olimpiya Oyunları – 2016-nın təsnifləşdirici matçında ficiyalılar Mikroneziya komandasını 38:0 hesabı ilə darmadağın ediblər. Turnirin birinci matçında Fici yığması Taiti komandasına 30:0 hesabı ilə qalib gəlib. Təəssüf ki, ficiyalıların bu qələbəsi Ginnesin rekordlar kitabına daxil edilməyəcək, belə ki Mikroneziya hal-hazırda FİFA-ya daxil deyil.

Qeyd edək ki, rəsmi rekord əvvəlki kimi Avstraliyanın Amerikanın “Samoa”sı üzərində Dünya Çempionatı 2002-də 31:0 hesabı ilə başa çatan qələbəsi hesab ediləcək.