Xəbər Azərbaycan cüdoçuları Avropa çempionatında üç medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa çempionatında üç medal qazanıblar

Müəllif: Xeberim.az on in İdman
1st Image
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi üç medal qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə 40 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Şəhanə Hacıyeva ukraynalı Alla Bexeba və Böyük Britaniya təmsilçisi Cemi Leq Vaytakerə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə rumıniyalı Lidiya Marini məğlub edərək Avropa çempionu adını qazanıb.

Digər cüdoçumuz Zelim Kotsoyev (90 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə gürcüstanlı Zaura Kençatdzeni məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İsmayıl İbrahimov (60 kq) isə yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, yarışda 41 ölkədən 469 cüdoçu birincilik uğrunda mübarizə aparıb.