“100 il salnaməsi” adlı layihə yekunlaşmışdır
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 5, 6 və 8 fevral tarixlərində Qax, Balakən və Zaqatalada “100 il salnaməsi” adlı layihə çərçivəsində intellektual yarışlar keçirilmişdir.
Fondun 11-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən layihənin rəhbəri Gülzar Həbibovanın sözlərinə görə əsas məqsəd yeniyetmə və gənclərin AXC-nin yarandığı gündən bugünkü günə qədər olan tarixi mənimsəməsi, vətənpərvərliyin təbliğ olunmasından ibarətdir. O, bildirmişdir ki, layihə hədəf qrupu olan yeniyetmə və gənclər arasında böyük maraqla qarşılandı.
Yorumlar (0)
Facebook Yorumları (0)