3097 şəhidin 4190 vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib

3097 şəhidin 4190 vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib
3097 şəhidin 4190 vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib

Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatını nəzərdə tutan fərmanın icrası olaraq, müvafiq işlər davam edir. Artıq 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub və onların hər birinin bank hesabına müvafiq vəsaitin köçürülməsi təmin edilib.

Ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub.

Eyni zamanda, dövlət başçısının qeyd olunan fərmanının icrası işləri şəffaf, həmçinin vərəsələr üçün rahat müraciət prosedurunu nəzərdə tutan mexanizm üzərində qurulub. Vərəsələr yalnız notariat kontorlarına müraciət edir, aidiyyəti sənədləri təqdim edirək vərəsəlik şəhadətnaməsi alır. Bundan sonra notariat kontorları tərəfindən müvafiqə sənədlər elektron şəkildə nazirliyin informasiya sisteminə ötürülür. Növbəlilik qaydasında sənədlərə baxılaraq qərar qəbul olunur, daha sonda ödəniş vərəsənin bank hesabına köçürülür. Bu barədə ona sms vasitəsilə bildiriş göndərilir.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, digər şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı 2019-cu il ərzində yekunlaşacaq.


“Xalq qəzeti”