“Abad məhəllə”lərindəki yarışlar başa çatdı - Fotolar

“Abad məhəllə”lərindəki yarışlar başa çatdı - Fotolar
“Abad məhəllə”lərindəki yarışlar başa çatdı - Fotolar

“Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iki mərhələdən ibarət olan mini futbol turnirində 1300-ə yaxın 2004-2006-cı il təvəllüdlü oğlanlardan ibarət 100-dən artıq komanda mübarizə aparıb final mərhələsinə hər rayondan bir qalib komanda olmaqla 11 komanda vəsiqə qazanıb.

Turnirin yekun nəticələrinə əsasən I yerə Keşlə (Nizami rayonu), II yerə Sabunçu (Sabunçu rayonu), III yerə isə Lökbatan (Qaradağ rayonu) komandası layiq görülüb, qalıblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medallar və kuboklarla təltif olunub.

Şahmat turnirdə isə I yerə Xumar Məhərrəmova (Sabunçu rayonu), II yerə Nüşabə Novruzlu (Yasamal rayonu), III yerə Aynur Hüseynova (Qaradağ rayonu), oğlanlar arasında I yerə Ziya Məhəmmədov (Binəqədi rayonu), II yerə Rəvan Uğuzov (Nərimanov rayonu) və III yerə Məhəmməd Həsənzadə (Xəzər rayonu) layiq görülüblər.

Qalib və mükafatçılar Baş İdarənin müvafiq dərəcəli diplom və medalları, həmçinin qiymətli hədiyyələrlə təltif olunublar.