Aprel Şəhidlərinə həsr olunmuş layihə keçirilib

Aprel Şəhidlərinə həsr olunmuş layihə keçirilib
Aprel Şəhidlərinə həsr olunmuş layihə keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəmkirdə Aprel Şəhidlərinə həsr olunmuş layihə keçirilib. "Biz Sizi Unutmarıq" adlı layihə çərçivəsində hazırlanmış, 2016-cı ilin aprel ayında gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəmkir rayonundan olan polkovnik Vüqar Yusifov, Altun Dəmirli, Vüsal Alıyev, Təbriz Əsgərov və Nurlan Qasimovun xatirəsinə həsr olunmuş videoçarx məktəblərdə nümayiş etdirilib. Videoçarxda şəhidlərimizin həyat yolu və onların qəhrəmanlığından bəhs olunmuşdur. Layihə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində töfhə verməklə yanaşı qəhrəmanlığın, vətənpərvərliyin təbliğinə yönəlmişdir. Eyni zamanda məqsəd aprel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onları cəmiyyətin daim diqqət mərkəzində saxlamaq, insanlarda vətənpərvərlik ruhunun daha da yüksəldilməsi,vətənpətvərliyin təbliği və gənclər arasında qələbə ruhunun aşılanmasından ibarətdir. Qeyd edək ki, layihə rəhbəri Şəmkir rayon sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi, ictimai fəal gənc Ramiz Məhərrəmovdur.