Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən "Cümhuriyyət dövrünün gənc diplomatları" adlı maarifləndirci layihənin açılış konfransı baş tutdu.

Fonddan Xəbərim.az saytına verilən məlumata görə, konfransın mahiyyəti gənclər arasında maarifləndirmə işinin aparılması, gənclərin diplomatiyaya və tariximizə olan marağının daha da artırılması ilə bağlıdır . Sözü gedən konfransın layihə direktoru Azad Abıyevin sözlərinə görə, konfrans gənclər tərəfindən olduqca maraqla qarşılanıb. Gənclərin mövzu istiqamətində ünvanladıqları suallar cavablandırılıb, onların bu istiqamətdə təklif və münasibətləri dinlənilib. Layihə direktoru Azad Abıyev qeyd edib ki, konfransın bağlanış mərasimi Bakı Konqres mərkəzində baş tutacaqdır. Bağlanış mərasimində 100-dən çox gəncin iştirakı nəzərdə tutulub.