“Azərbaycan tarixinin təbliği: Azərbaycan Qədim Coğrafi xəritələrdə” mövzusunda seminarlar keçirilib

“Azərbaycan tarixinin təbliği: Azərbaycan Qədim Coğrafi xəritələrdə” mövzusunda seminarlar keçirilib
“Azərbaycan tarixinin təbliği: Azərbaycan Qədim Coğrafi xəritələrdə” mövzusunda seminarlar keçirilib

26 iyul 2019-cu il tarixindən başlayaraq Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Binəqədi Gənclər və İdman İdarəsinin dəstəyi İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evində müxtəlif universitet və ixtisasdan olan tələbələrin iştirakı ilə “Azərbaycan tarixinin təbliği: Azərbaycan Qədim Coğrafi xəritələrdə” mövzusunda seminarlar keçirilib. Layihə tarixi xəritələrə dərindən baxış keçirərək, “Azərbaycan” terminin xarici ədəbiyyatlarda hansı tarixlərdə və hansı qədim xəritələrdə” mövzusunda interaktiv seminarlarla tələbələri maarifləndirərək, wikipedia bu haqda ingilis dilində məlumatın yerləşdirilməsini nəzərdə tutur.

Seminarların əsas məqsədi Azərbaycançılıq və Azərbaycan Dövlətinin tarixini qədim tarixi xəritələr və əsərlər üzərindən qiymətləndirərək dövlətçilik tariximizin nə qədər zəngin olduğunu tələbələrin və ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Layihə rəhbəri Abbas Pənahovun verdiyi məlumata görə Seminarlarda Azərbaycan adının keçdiyi qədim dövr xəritə və manuskriptləri haqqında geniş izah verilmişdir. Seminarlarda Şaherstani Eranşehr (VIII əsr), Əl İstəxri (X əsr), İbn Havqəl (X), Mahmud Qaşqari (X), Əl Biruni (XI əsr), Əl İdrisi (XII əsr), Anton Koberger ( XV əsr) yaratdıqları xəritələrdə Azərbaycanın çoğrafi yerləşməsi haqqında izahlı təsvir edilmişdir.

Layihənin dayanıqlılığını təmin etmək üçün layihənin eksperti Amal Əsgərov Mənəvi Dəyərlərin Təbliği Fondu 19-23 tarixlərində Qusarda yay məktəbində iştirak edəcək gənclərə bu haqda təqdimatlı seminar təşkil edəcək. Həmçinin, əldə olunan məlumat Azərbaycan vikipedia səhifəsində də əksini tapacaq