Bakıda beynəlxalq tədbir keçirildi

Bakıda beynəlxalq tədbir keçirildi
Bakıda beynəlxalq tədbir keçirildi

“Uğurlu Gələcək” İctimai Birliyi  Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “See a Game – Partnership for Youth Entrepreneurship Education” adlı layihənin çərçivəsində geniş tərkibli beynəlxalq tədbir keçirilmişdir.  29 iyul 2018-ci il tarixində 100-ə qədər şəxsin iştirakı ilə keçirilən tədbirdə müxtəlif gənc sahibkarlar, yerli və milli səviyyədə olan qurumların nümayəndələri, təhsil mütəxəssisləri iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd gənc sahibkarlara olan diqqətin artırılması, onlar üçün yerli və beynəlxalq səviyyədə olan imkanlar barədə müzakirələrin aparılması olmuşdur. Azərbaycanın gənc sahibkarlara yaratdığı şəraitin son illərdə daha da artdığını qeyd edən natiqlər əsas məqsədin bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi olduğunu vurğulamışlar.

Xatırladaq ki, 01.07.2017 – 01.11.2018 tarixlərində həyata keçirilən layihənin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrinin gənclər təşkilatlarının sahibkarlıq bacarıqlarının artırılmasına dəstək olmaqdır. Bu məqsədlə “Uğurlu Gələcək” ictimai Birliyi  ilə birgə Ukrayna, Böyük Britaniya, İtaliyadan olan gənclər təşkilatları müxtəlif fəaliyyətlər həyata keçirirlər.