Bank Respublika internat məktəbinin uşaqlarının Yeni il arzularını həyata keçirdi

Bank Respublika internat məktəbinin uşaqlarının Yeni il arzularını həyata keçirdi
Bank Respublika internat məktəbinin uşaqlarının Yeni il arzularını həyata keçirdi

“Qafqazinfo” xəbər verir ki, bayram şənliyində uşaqlar Yeni il təntənələrinin əsas personajları sayılan Şaxta baba və Qar qızla birlikdəmahnı oxuyub, şeir söyləyib doyunca əyləniblər.

Şənlikdə bankın əməkdaşları valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan 150-ə yaxın uşaq üçün əsl bayram əhval-ruhiyyəsi yaradaraq onları bayram münasibətilə təbrik edib, bank tərəfindən hazırlanmış bayram sovqatların təqdim etdilər.

Bankdan verilən məlumata əsasən Bank, yeni ildə də müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.