Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

4 mart  2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev,Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının   Ərazi təşkilat məsələləri üzrə iş şöbəsinin sektor müdiri Tağı Tağıyev, Millət vəkilləri Madər Musayev, Azay Quliyev,  Kamaləddin Qafarov,  Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak edirdilər.Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlamışdır.Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2018-ci il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. Natiq çıxışında bildirdi ki, Prezident İlham Əliyev on beş illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

E.Allahverdiyev qeyd etdi ki, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Qeyd etmək yerinə düşər ki, müstəqil  dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Natiq bildirdi ki, Binəqədi rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürür, Ölkə prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonumuz daha da çiçəklənir, vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti həyata keçirilir.

 Daha sonra hesabat yığıncağında Millət vəkili Azay Quliyev,Binəqədi rayon məşğulluq mərkəzinin direktoru Anar Bagiri, Binəqədi Rayon Mənizil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov,Bakı Tekstil Fabrikinin rəhbəri, Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının   Ərazi təşkilat məsələləri üzrə iş şöbəsinin sektor müdiri Tağı Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdular.  Şura iclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi oldu.