“Bir damla qan həyatdır” şüarı ilə qanvermə aksiyası təşkil edilmişdi

 “Bir damla qan həyatdır” şüarı ilə qanvermə aksiyası təşkil edilmişdi
 “Bir damla qan həyatdır” şüarı ilə qanvermə aksiyası təşkil edilmişdi

YAP Suraxanı rayon təşkilatı və 15 saylı Birləşmiş Şəhər Xəstəxanası ərazi ilk partiya təşkilatı ilə birgə təşkilatın inzibati binasında Müqəddəs Ramazan ayı münasibəti ilə “Bir damla qan həyatdır” şüarı ilə qanvermə aksiyası təşkil edilmişdi. Qanvermə aksiyasının təşkil edilməsində əsas məqsəd anemiyalı uşaqlara yardım etməkdən ibarətdir.
Qanvermə aksiyası ilə bağlı məlumat öncədən sosial şəbəkələr vasitəsilə elan edilmiş və könüllü iştirakçı olmaq istəyənlər tərəfimizdən qeydiyyata alınmışdır. YAP Suraxanı rayon təşkilatının inzibati binasında həkim briqadası tərəfindən aksiyada iştirak edəcək şəxslərin tibbi müayinəsi aparılmış və sağlamlığı uyğun olan şəxslər aksiyada iştirak etmişdir.

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar, masa ve iç mekanGörüntünün olası içeriği: 2 kişi, oturan insanlar ve iç mekanGörüntünün olası içeriği: 3 kişi, oturan insanlar, masa ve iç mekanGörüntünün olası içeriği: 3 kişi, oturan insanlar, masa ve iç mekanGörüntünün olası içeriği: 2 kişi, oturan insanlar ve iç mekanGörüntünün olası içeriği: 3 kişi, iç mekan