“Biz güclü dövlət olmaqla yanaşı, dünyaya sülhü təqdim edən bir ölkəyik"

“Biz güclü dövlət olmaqla yanaşı, dünyaya sülhü təqdim edən bir ölkəyik"
“Biz güclü dövlət olmaqla yanaşı, dünyaya sülhü təqdim edən bir ölkəyik"

“Biz növbəti dəfə nümayiş etdirdik ki, Azərbaycan ev sahibliyi etdiyi tədbirləri yüksək səviyyədə təşkil edə bilir və dilindən, irqindən, dinindən asılı olmayaraq, hamı üçün öz qapılarını açaraq, qonaqpərvərliyini təqdim edə bilir”.

 

Moderator.az xəbər verir ki, bunu Modern.az-a iyunun 29-u ölkəmizdə baş tutan Avropa Liqasının final oyunun əhəmiyyəti haqqında danışarkən deputat Sevinc Fətəliyeva söyləyib. Onun fikrincə, bütün bu məqamlarla yanaşı bir daha sübut olundu ki, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə təmin olunur:

 

“Dəfələrlə Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər, idman yarışları keçirilib, eyni zamanda müxtəlif beynəlxalq turnirlərin - FİFA U-17 Qadınlararası Dünya çempionatı, “Baku World Challenge” avtomobil yarışı, o cümlədən Dünya və Avropa çempionatları, Formula – 1 yarışları , İslam Həmrəyliyi Oyunları keçirilib və idman tarixinə öz adını yazdırıb. Bu yarşlar zamanı müxtəlif ölkələrdən təşrif buyuran iştirakçılar arasında eyni məqsəd naminə , isti münasibətlər yaranıb. Bununla yanaşı, ölkəmizə qarşı kampaniya keçirən bəzi bədxah qüvvələrə sübut etdik ki, idmanı siyasətləşdirmək olmaz və bu qəbuledilməzdir. Onlardan fərqli olaraq biz idmanı- siyasətdən, mədəniyyəti siyasətdən ayıra bilirik və bu sahələri bir-biri ilə eyniləşdirmirik”.

 

S. Fətəliyeva qeyd edib ki, beynəlxalq yarış ərfəsində süni məhdudiyyətlər yaratmaq istəklərinə, müxtəlif yalan məlumatlar, qərəzli bəyanatlar səsləndirən qüvvələrə cavabımız keçirdiyimiz yarışın təhlükəsiz, bayram əhval-ruhiyyəsində təşkil edilməsi oldu

 

 

“Bir daha dünyaya sübut etdik ki, biz güclü dövlət olmaqla yanaşı, dünyaya sülhü təqdim edən bir ölkəyik. Biz heç bir zaman xalqları və ölkəmizə təşrif buyuran idmançıları irqinə və dininə görə ayırmırıq və bunun təhlilini aparmırıq. Bizim üçün ən əsası futbol azarkeşləri və idmansevərlər üçün, bizə bu etimadı layiq bilənlər üçün gözəl idman bayramı yaratmaq idi və biz buna nail olduq. Ermənistan tərəfinin bu yarışları başqa məcraya yönəltmək istəyi və ölkəmizi nüfuzdan salmaq cəhdi, eyni zamanda Paşinyanın, Henrix Mxitaryana zəng edərək onu dəstəkləməsi, ölkəmizin təhlükəsizliyini şübhə altına salmaq istəyi və bu qisimdə olan yanaşmaların hamısı, siyasi anqajman olduğunu nümayiş etdirdi. Lakin bütün bunların əksinə olaraq bizlər sivil, güclü və müasir dövlət olduğumuzu təqdim edərək, dünyaya , idman aləminə gözəl bir bayram nümayiş etdirdik”.

 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda AvroLiqanın final oyununda “Arsenal”-“Çelsi” qarşılaşması keçirilib.