Cavid Osmanov: Azərbaycanda islahatlar cəmiyyət həyatının hər sferasında müşahidə olunur

Cavid Osmanov: Azərbaycanda islahatlar cəmiyyət həyatının hər sferasında müşahidə olunur
Cavid Osmanov: Azərbaycanda islahatlar cəmiyyət həyatının hər sferasında müşahidə olunur

Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, həyata keçirilən islahatların əsas məqsədi Azərbaycanı daha da güclü dövlətə çevirməkdir. Onun sözlərinə görə, həyata keçirilən sosial-iqtisadi islahatlar, qlobal enerji layihələrinin uğurlu icrası, qeyri-neft sektorunun sürətli inkişafı respublikamızın dünya siyasi arenasında müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib.
“Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yaradılan münbit şərait ölkəmizdə iş adamlarına səmərəli fəaliyyət üçün də mühüm imkanlar yaradıb. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri, Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verib”-deyə, C.Osmanov vurğulayıb.