Çin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Çin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
Çin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya departamentinin baş direktor müavini Lician Çjao Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ünvanlayıb.

Xeberim.Az Trend-ə istinadən bildirir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

Təşəkkür mətnində deyilir: "Biz dünya liderlərinə göstərdikləri dəstəyə görə səmimi qəlbdən təşəkkür edirik. Azərbaycan Prezidenti İlham Əliyev Çin xalqı ilə həmrəylik ifadə edib və zəruri köməyi göstərməyə hazır olduğunu bildirib".