“Cəsurluq məktəbi” adlı layihənin açılış tədbiri keçirilmişdir.

“Cəsurluq məktəbi” adlı layihənin açılış tədbiri keçirilmişdir.
“Cəsurluq məktəbi” adlı layihənin açılış tədbiri keçirilmişdir.

13fevral 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XII qrant müsabiqəsinin qalibi seçilmiş “Cəsurluq məktəbi” adlı layihənin açılış tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytən Məmmədova Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş oğullarımız və Aprel döyüşlərində şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edib. Qarabağ və aprel döyüşləri şəhidlərimizin, vətənimizin qəhrəman oğullarının xatirəsi yad olunacaq və onların barəsində yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılacaq, görüşlər təşkil olunacaq.Daha sonra Polkovnik Əfqanıstan –Qarabağ müharibəsi veteranı Haqverdiyev Adil müəllim, peşəkar hərbçi kimi həyatının 40 ilə yaxın bir dövrü ordu ilə, Silahlı Qüvvələrlə bağlı olub. Vətənin çətin günündə övladlıq borcunu layiqincə yerinə yetirib, öz biliyini, təcrübəsini doğma Azərbaycan torpaqlarının müdafiəsinə həsr edib, iki dəfə yaralansa da, mövqeyini tərk etməyib. Daha sonra , Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin şöbəsinin mütəxəssisi Hacıyev Nəbi müəllimə söz verilib. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarət olduğunu bildirib. Daha Sonra, Təlimçi, Səxavət Hidayətoğlu, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var.deyə bildirib ki. əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir.Sonda tədbir iştirakçıları olan gənclərlə fikir mübadilələri aparılmış təklif və suallar dinlənilmişdir. Tədbir başa çatdıqdan sonra layihə iştirakçıları çay fasiləsinə toplanmışdır.