"Cümhuriyyət dövrünün gənc diplomatları" adlı maarifləndirci layihənin bağlanış konfransı keçirilib

"Cümhuriyyət dövrünün gənc diplomatları" adlı maarifləndirci layihənin bağlanış konfransı keçirilib
"Cümhuriyyət dövrünün gənc diplomatları" adlı maarifləndirci layihənin bağlanış konfransı keçirilib

Bakı Konqress Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən "Cümhuriyyət dövrünün gənc diplomatları" adlı maarifləndirci layihənin bağlanış konfransı keçirilib. Fonddan Xəbərim.az saytına verilən məlumata görə, konfransın mahiyyəti gənclər arasında maarifləndirmə işinin aparılması, gənclərin diplomatiyaya və tariximizə olan marağının daha da artırılması ilə bağlıdır . Konfransda tanınmış ziyalı, Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu iştirak edib. Sözü gedən konfransın layihə direktoru Azad Abıyevin sözlərinə görə, konfrans gənclər tərəfindən olduqca maraqla qarşılanıb. Gənclərin mövzu istiqamətində ünvanladıqları suallar cavablandırılıb, onların bu istiqamətdə təklif və münasibətləri dinlənilib. Layihə direktoru Azad Abıyev qeyd edib ki, konfransda 100-ə yaxın gənc iştirak edib və ümumilikdə layihə ilə bağlı qarşıya qoyulmuş hədəflərə nail olunub.