Daha bir beynəlxalq layihə yekunlaşdı

Daha bir beynəlxalq layihə yekunlaşdı
Daha bir beynəlxalq layihə yekunlaşdı

“Uğurlu Gələcək” İctimai Birliyi  Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “See a Game – Partnership for Youth Entrepreneurship Education” adlı layihənin icrasını yekunlaşdırmışdır. Layihə 01.07.2017 – 01.11.2018 tarixlərində həyata keçirilmişdir. Layihənin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrinin gənclər təşkilatlarının sahibkarlıq bacarıqlarının artırılmasına dəstək olmaqdır. Bu məqsədlə “Uğurlu Gələcək” ictimai Birliyi  ilə birgə Ukrayna, Böyük Britaniya, İtaliyadan olan gənclər təşkilatları müxtəlif fəaliyyətlər həyata keçirirlər. Layihə fəaliyyətləri olaraq hazırlıq görüşü, təlimçilər üçün təlim kursu, Ukrayna və Azərbaycanda beynəlxalq gənclər mübadiləsi, seminar, konfrans və digər tədbirlər təşkil edilmişdir. Bu tədbirlərdə yüzlərlə yerli və xarici gənclər iştirak etmişdir ki, hər bir tədbirin də sonunda onlara Avropa Komissiyasının sertifikatları təqdim edilmişdir. Layihənin qiymətləndirilməsi zamanı layihənin davamlı olmasının əhəmiyyəti vurğulanmış və tərəfdaşların sayı artırılaraq layihənin davam etməsi üçün Avropa Komissiyasına müraciət edilməsi qərara alınmışdır.