“Deaf Community” 2 yaşını və gənclər gününü qeyd etdi

“Deaf Community” 2 yaşını və gənclər gününü qeyd etdi
“Deaf Community” 2 yaşını və gənclər gününü qeyd etdi

2 fevral 2019 cu il tarixində Nizami Kino Mərkəzində eşitmə və nitq məhdudiyyətli insanlar üçün fəaliyyət göstərən “Deaf Community” komandası əsas və könüllü heyəti, məhdudiyyətli insanlar, məşhur simalarla birlikdə 2 yaşını qeyd etdi. “Çünki gəncsən” devizi altında baş tutan tədbir  qurumun 2 yaşı ilə yanaşı eşitmə və nitq məhdudiyyətli gənclərlə birgə “Gənclər günü”nün qeyd olunması məqsədini daşıyırdı. Tədbir proqramı aparıcı Rəşadə Həmidovanın nitqi ilə başlayıb, komandanın qurucusu və rəhbəri Nuranə Abıyeva , baş surdotərcüməçi Arzu Babayeva, baş təlimçi Turan Məmmədli, dizayn və çəkiliş işlərini həyata keçirən Ülkər Qəhrəmanova, inzibati işlər üzrə məsul şəxs Nazilə Ələkbərova olmaqla komandanın əsas heyətinin səhnəyə dəvəti ilə davam etdi.

Nuranə Abıyevanın nitqindən sonra komandanın 2 illik fəaliyyətini əks etdirən video çarx nümayiş olundu. Daha sonra musiqili qonaqlar Səmra Rəhimova, Elnarə Xəlilova, Ramil Nabran musiqi nömrəsi ilə çıxış etdi. Musiqili qonaqların ifaları eyni zamanda jest dilinə tərcümə olundu. Tədbirdə qonaq qismində iştirak edən tanınmış xeyriyyəçi Hacı Nuran Hüseynov, “Mənim Mələklərim” layihəsinin rəhbəri İlahə Abdullayeva , aktyor Taleh Yüzbəyov və “Kick Boks” üzrə Azərbaycan çempionu Fuad Həşimi məhdudiyyətli gənclərin gününü təbrik edib onlara dəstəklərini nümayiş etdirdilər.