“Dini-milli dəyərlərimizdə qadın amili” adlı layihənin yekun seminarı keçirilib

“Dini-milli dəyərlərimizdə qadın amili” adlı layihənin yekun seminarı keçirilib
“Dini-milli dəyərlərimizdə qadın amili” adlı layihənin yekun seminarı keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Dini-milli dəyərlərimizdə qadın amili” adlı layihənin yekun seminarı keçirilib. Fonddan Xeberim.az saytına verilən məlumata görə, tədbirdə tanınmış ziyalı, Azərbaycanın əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı və Gənc Diplomatların Peşəkarlığının İnkişafına dəstək ictimai birliyinin sədri Fərid Muradov iştirak edib. Tədbirin mahiyyəti gənclər arasında maarifləndirmə işinin aparılmasıdır. Sözü gedən tədbirin layihə rəhbəri Arzu Həsənzadənin sözlərinə görə, tədbir gənclər tərəfindən olduqca maraqla qarşılanıb. Tədbirdə “Cümhuriyyətə İşıq Saçan Qadınlar” adlı araşdırma yazılar toplusundan ibarət kitabın , tarixi 1911-ci ilə dayanan qadınlar arasında maarifçiliyi yaymaq, müsəlman qızların təhsil almasına şərait yaratmaq, savadsızlığı aradan qaldırmaq məqsədi ilə nəşr olunan və günümüzdə də öz fəaliyyətni davam etdirən “İşıq” qadın jurnalının sərgiləri keçirilmişdir. Bununla bərabər tədbirdə “Parlaq İmzalar” və “Qədim Qala” nəşriyyatlarından gətirilən müxtəlif kitabların sərgisi təşkil olunmuşdur. Layihə rəhbəri Arzu Həsənzadə qeyd edib ki, layihə ilə bağlı qarşıya qoyulan bütün hədəflərə nail olunub. Tədbir Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibatı binasında keçirilimişdir. Tədbirdə iştirak edən gənclərə sertifikatlar verilib.