“Erməni işğalına qarşı ideoloji təbligat ” adlı layihənin ikinci tədbiri həyata keçrilmişdir

“Erməni işğalına  qarşı ideoloji təbligat ” adlı layihənin ikinci tədbiri həyata  keçrilmişdir
“Erməni işğalına  qarşı ideoloji təbligat ” adlı layihənin ikinci tədbiri həyata  keçrilmişdir

22 yanvar 2019-cu il tarixində “Erməni işğalına  qarşı ideoloji təbligat ” adlı layihənin ikinci tədbiri həyata  keçrilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Tural Tatarov layihənin vacib nüanslarından söz açaraq layihə haqqında iştirakçılara  ətraflı məlumat vermisdir.Daha sonra Layihənin təlimçisi Fərid İsmayılov ermənilərin  təcavüzkarlığı haqqında danışmış, Ermənistanın məqsədli şəkildə məkirli və hiyləgər planla Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyini iştirakçıların diqqətinə çatdırmışdır. Fərid İsmayılov  qeyd etmişdir ki, Azərbaycan heç bir zaman öz tarixi torpaqlarından vaz  keçən deyil, o  vurğulamışdır ki, aparılan məqsədyönlü və düzgün siyasi kurs nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəkdir.Sonda layihə iştirakçılarının sualları cavablandırılmış və həmin suallar əsasında diskussiyalar aparılmışdır.