Ermənistanda etiraz aksiyaları səngimir

Ermənistanda etiraz aksiyaları səngimir
Ermənistanda etiraz aksiyaları səngimir

Ermənistanda ictimai-siyasi vəziyyət qeyri-sabit olaraq qalmaqdadır. Almaniyanın İrəvandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Baqarataşendə isə ticarətçilər yolları bağlayıblar.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları Almaniyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Təşkilatçılar diplomatik korpusa təqdim olunan məktubun Almaniya  kansleri Angela Merkelə çatdırılmasını tələb ediblər. Məktubda Robert Koçaryanın həbsinin qanunsuz olduğu vurğulanıb. Ermənistanın ikinci prezidentinin vəkili Aram Obelyan isə jurnalistlərə açıqlamasında bildirib ki, iki dəfə apellyasiyaya ərizə ilə müraciət ediblər. Ərizələri hər iki halda qərəzli şəkildə rədd olunub. Bu dəfə isə ölkənin ən ali distansiyası olan Konstitutsiya məhkəməsinə açıq şəkildə öz etiraz məktublarını təqdim ediblər. Onlar, Robert Köçəryanın azadlığa buraxılmasını istəyirlər. Ermənistanda siyasi məhbus Mqer Yegizaryanın ölümündən sonra, daha bir məhbus aclıq aksiyasına başlayıb. Bu ömürlük dustaq Vağarşaq Avetisyandır. Avetisyan ölüm faktında günahlandırılsa da, bununla razılaşmır. İiddia edir ki, ona böhtan atılıb. Əslində qətli Ermənistan ordusunun yüksək rütbli zabiti törədib. O, isə sadəcə qurbandır. Son vaxtlar Gürcüstan-Ermənistan arasında ziddiyətlər də dərinləşir. Bir qrup erməni ticarətçi ilə gürcü gömrükçüləri arasında Baqrataşen Gömrük məntəqəsində insident baş verib. Yolları bağlayan etirazçılar onları sakitləşdirmək üçün araya girən polis əməkdaşlarına belə əhəmiyyət verməyiblər. İnsidentə Gürcüstan hökumətinin qərarı  səbəb olub. Belə ki, yanvarından birindən Ermənistana gətirilən yükün çəkisi 2 dəfə azaldılıb. Dəyər vergisinin məbləği isə 3 dəfə qaldırılıb. Ermənilər isə bununla razılaşmaq istəmirlər. İqtisadçılar bildirirlər ki, gürcüstan tərəfi məsələnin həlli ilə bağlı güzəştə getməsə o zaman Ermənistanda kəskin qiymət artımı başlayacaq. Çünki, ölkə iqtisadiyyatı idxaldan asılı vəziyyədədir. Ermənistanın Verin Lars hərbi dağlıq yolu da metereoloji səbəbədən bir aydan çoxdur ki, bağlıdır. Nəticədə ölkədə ərzaq qıtlığı yaranıb. Ermənistan Polisinin qərargah rəisi Armen Quqasyanisə ilin yekunlarına dair mətbuat konfransında deyib ki, ölkədə korrupsiya faktları xeyli artıb. Buna qarşı mübarizə tədbirləri nəticəsində dövlətə, təşkilatlara, fərdi şəxslərə 5,7 milyard dram, yəni, 11,7 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulub.