Ermənistanda etirazlar səngimir

Ermənistanda etirazlar səngimir
Ermənistanda etirazlar səngimir

Ermənistanda dəmiryolçular və sürücülər tətilə başlayıblar. Onlar yeni hökuməti 1 il əvvəl verdikləri sözə əməl etməyə çağırırlar. Mədəniyyət işçiləri isə baş nazirdən mədəniyyət nazirini dərhal istefaya göndəmi tələb edirlər.

İrəvan-Armavir marşrut xəttinin sürücüləri tətilə başlayıblar. Sahibkar Şuşan Xaçatryanın sözlərinə görə, Paşinyan, 1-il əvvəl  seçkiqabağı Armavirdə səfərdə olarkən vəd etdiyi heç bir problemi aradan qaldırmayıb. O, baş nazirin sözünə inanaraq bankdan 250 min dollar vəsait götürərək yeni mikroavtobuslar alıb. “Mən 30 ildən çoxdur bu sahə ilə məşğulam. Ölkədə hazırda özbaşınalıq, qanunsuzluq mühiti hökm sürür. 1992-ildən Armavir-İrəvan xəttinin qanuni sahibi mən ola-ola müəyyən qurumlar mənim işimə süni manelər, əngəllər yaradaraq işləməyə imkan vermirlər. Səbəb nədir bilmirəm. Əvəzində qanunsuz olaraq dövlətə heç bir vergi vermədən başqa marşrutlar bizim xəttə girərək sərnişinlərə onlar xidmət edirlər. Gedin avto-voğzala çəkilişlər aparın görün orda nə özbaşınalıqlar baş verir. Banklardan yüksək faizlərlə alaraq istifadəyə verdiyim yeni marşrutlarım qalıb bir kənarda, köhnə-yararsız şəxsi dövlət nömrələri ilə, digər marşrutlar sərbəst olaraq bizim üçün ayrılan zolaqdan sərnişinləri yığırlar”.  Tətil elan edən sürücülər düz 7 aydır bu haqsızlıqlara qarşı mübarizə apardıqlarını bildirirlər. Alaverdidə isə dəmiryolçular tətilə başlayıblar. Bildirilir ki, Ermənistan iqtisadiyyatında hökm sürən kritik  vəziyyət  dəmiryol sisteminə də öz təsirini göstərib. Ölkədə stansiyaların bərbad vəziyyətdə olması bir çoxlarının bağlanmasına səbəb olub. Sərnişin çatışmazlığı ucbatından biletlərin qiyməti aşağı salınıb. Bu belə vəziyyəti düzətməyib. Dəmiryol sisteminə daxil olan stansiyalardan bir neçəsinin fəaliyyəti dayandırılıb. İşçilərin əməkhaqları isə aylarla gecikdirilir. Tətil elan edən dəmiryolçular problem həllini tapana qədər işə çıxmayacaqlarını bildirirlər. İrəvanda isə hökumət evi qarşısında mədəniyyət işçilərinin izdihamlı etiraz nümayişləri davam edir. “Baş nazir Paşinyan, mədəniyyət naziri Nelli Qəribyanı qeyri-şərtsiz olaraq dərhal istefaya göndərməyənə qədər etirazlara ara verilməyəcək”. Aksiya iştirakçıları belə deyirlər. Onlar öz narazılıqlarını Nikol Paşinyana mahnı oxuya-oxuya  çatdırıblar. 3-gün əvvəl mədəniyyət naziri Nelli Qəribyanın opera və balet teatrının baş direktoru Konstantin Orbelyanı işdən azad edilməsi qərarı Ermənistanda böyük narazılıqlara səbəb olub. Bu gözlənilməz xəbər  bölgələrdə daxil olmaqla Ermənistanın yüzlərlə  nüfuzlu mədəniyyət xadimlərini  opera və balet teatrının binasına toplayıb. Toplantıda çıxış edən SSRİ-in və  Ermənistanın xalq artisti Artur Dallakyan bildiribki, Nelli Qəribyan mədəniyyət naziri təyin edildiyi bir gündən mədniyyət sahəsində etirazlar narazılıqlar səngimir. Bu yaxınlarda Ermənistanın tanınmış kino-rejissoru  Ovannes Qalstyanın şəhərin mərkəzində aclıq aksiyası eməsi  buna nümunədir. Ümumiyyətlə  mədəniyyət naziri Nelli Qəribyan ölkənin mədəniyyəti üçün qara ləkədir. Əgər Paşinyan onu dərhal istefaya göndərməsə ölkənin mədniyyət işçiləri olaraq hökumət evi qarşısında uzun müddətli  etirazlarımızı dayandırmayacayıq, deyə Dallakyan əlavə edib.