Evə girərək qadını bıçaqla hədələyən şəxsə 8 il cəza verildi

Evə girərək qadını bıçaqla hədələyən şəxsə 8 il cəza verildi
Evə girərək qadını bıçaqla hədələyən şəxsə 8 il cəza verildi

Xeberim.Az Trend-ə istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Əhmədov 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək, yatan Elnarə Əhmədovanı xəncərlə hədələyib qadından 150 manat pul istəyib. Səs-küyə oyanan N.Əhmədov onu zərərsizləşdirib.

C.Əhmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.