Filippin qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Filippin qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib
Filippin qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Filippinin məşhur "Philippine Daily Inquirer” qəzetinin 2019-cu il dekabr 11-də nəşr edilən buraxılışında Azərbaycan xalqının ümummmilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar geniş məqalə dərc olunub.

 

AZƏRTAC xəbər verir ki, məqalədə müstəqil və mütərəqqi Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istər keçmiş Sovet İttifaqı, istərsə də müstəqillik dövründə ölkəmizin bütün istiqamətlərdə inkişafına verdiyi töhfələrdən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.

 

Bununla yanaşı, müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq fəlsəfəsinin nəticəsi olaraq ölkəmizin beynəlxalq aləmdə müasir və qüdrətli dövlət kimi öz layiqli yerini tutduğu qeyd edilib.

 

Yazıda Ulu Öndərin mənalı həyatının böyük hissəsini öz xalqına həsr etdiyi vurğulanır, onun əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı bildirilir.