“Gənclər və gənclər siyasəti” adlı layihənin üçüncü və bağlanış tədbiri həyata keçrilmişdir

“Gənclər və gənclər siyasəti” adlı layihənin üçüncü və bağlanış tədbiri həyata keçrilmişdir
“Gənclər və gənclər siyasəti” adlı layihənin üçüncü və bağlanış tədbiri həyata keçrilmişdir

27 dekabr YAP Qaradağ rayon Gənclər Birliyinin binasında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçrilən “Gənclər və gənclər siyasəti” adlı layihənin üçüncü və bağlanış tədbiri həyata keçrilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aliyə Orucova iştirakçıları salamlamış və onlara layihə haqqında geniş məlumat vermişdir. Sonra isə layihənin təlimçisi Fərid İsmayılov çıxış etmişdir. O qeyd etmişdir ki, gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bugün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bundan əlavə vurğulamışdır ki, gənclər ölkəmizin ictimai-siyasi həyatının əsas hissəsinə çevrilməklə Cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşmişdir. Sonda iştirakçıların sualları cavablandırılmış və layihə mövzuya uyğun diskursiyalarla davam etdirilmişdir.