Gözəllik hər bir xanıma xas olan xüsusiyyətdir

Gözəllik hər bir xanıma xas olan xüsusiyyətdir
Gözəllik hər bir xanıma xas olan xüsusiyyətdir

Lakin o cizgiləri düzgün vurgulamadıqda xoşa gəlməz görüntü ortaya çıxa bilir. Bu işi görənlərin sayı çox olsa da peşəkarlar isə azdır. Çünki həm estetik zövq,həm rəssamlıq tələb edən bu sənət üçün bir növ doğulmaq lazımdır. Öz əl işləri ilə seçilən İstanbul Beauty-nin stilisti Xəyalə xanım bu xüsusiyyətləri özündə birləşdirməyi bacarır. Ən böyük gözəlliyin sadə tonlarda olduğunu öz işləri ilə sübut edən stilistimizin əl işlərini və portalımıza vermiş olduğu müsahibəni sizlərə təqdim edirik:

-Bu peşəni seçməkdə səbəbiniz nə oldu?

-Bu peşəni uşaqlıqdan sevmişəm,həmişə marağım olub.O zamanlar heç bir maddi gəlir, məşhurluq və digər nüansları fikirləşmirdim. Çünki yaşım az idi.Bu işə ilk dəfə 16 yaşımda başlayana yalnız bir məqsədim var idi. Sevdiyim işə layiqincə yiyələnmək. Çox şükür ki bu gün artıq sevdiyim işlə tam professionalcasına məşğulam və heç yorulmadan zövq alaraq işləyirəm.

-İşinizin çətinlikləri və eləcə də asan tərəfləri nələrdir?

-İşimin çətin tərəfi deməzdim,lakin hər işin əziyyətli tərəfləri olur.Əsas məsələ işin nəticəsi olaraq kiminsə üzündə təbəssüm yarada bilməkdir. Çünki bizim xanımlara təbəssüm çox yaraşır. İşin ən gözəl hissəsi də elə budur məncə.

-Sizcə stilistin bacarığı daha əsasdır,yoxsa müştərinin xarici görünüşü?

-Məncə hər ikisi çox vacib nüansdır. Amma daha çox stilistin bacarığı və işi mükəmməl olmalıdır ki,gözəl nəticə əldə edə bilsin, təbii ki müştəri də stilistin yaratdığı obrazı daşıya bilməlidir. Bunun üçün də ən vacibi odur ki müştərinin üz quruluşu və cizgilərinə uyğun saç,makiyaj seçilərsə daha gözəl nəticə əldə etmək olar.

-Çətin müştəriləriniz çox olur? Onlarla necə ortaq məxrəcə gəlirsiniz?

-Çətin müştəri deyil,qərarsız müştərilərimiz çox olur. Məhz bu cür hallar sonda anlaşılmazlıq yaratmasın deyəona müştəri ilə işə başlamazdan əvvəl bir birimizlə fikirlərimizi bölüşür,necə bir obraz yaradacağımıza qərar veririk.Daha sonra işə başlayırıq.Əlbəttə ki son olaraq nəticə ürək açan olur.

-Müşterilerinizin hər birini öz şəxsi seçiminiz əsasında vizaj və saç düzümü etmək imkanınız olsaydı hansı tonlardan və formalardan istifadə edərdiniz?

-Makeup-da daha çox sadə tonlar istifadə edərdim.Misal üçün torpaq tonları olan qəhvəyi çalarlar.Saç düzümünə gəldikdə isə nəinki ağır saç yığımları tam əksinə daha sadə,abartdı və qabarıq olmayan Avropa sayağı yığımlar məsləhət görərdim.