Hadi Rəcəbli şəhid ailəsinə baş çəkdi

Hadi Rəcəbli şəhid ailəsinə baş çəkdi
Hadi Rəcəbli şəhid ailəsinə baş çəkdi

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü  münasibətilə şəhid ailəsini təbrik edən millət vəkili, qarşıdan gələn Yeni il münasibətilə bu ailəyə can sağlığı, əminamanlıq və xoşbəxtlik arzulayıb.

     
Səmimi və mehriban kecən görüşdə “Sizin ailəni öz ailəmdən ayırmiram. Sizi arayıb axtarmağı bir deputat,  komitə sədri, bir Azərbaycan vətəndaşı kimi özümə borc sayiram. Qayğı və problemləriniz mənim daim diqqət mərkəzimdədir” deyən Hadi Rəcəbli artıq neçə ildir ki, bu ailəyə olan diqqətini heç vaxt azaltmayıb.

H.Rəcəbli ölkə başçısı İlham Əliyevin 2019-cu il üçün şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı verdiyi bir sira sərəncamlardan, Milli Məclisdə onların sosial durumunun yaxşılaşdırılması üçün yazılmış qanun layihələrindən söhbət açıb.

      
Şəhidin ailəsi də öz növbəsində prezident İlham Əliyevə öz təşəkkürünü, deputata minnətdarliğını bildirib.

      
Sonda şəhid ailəsinə maddi yardim göstərilib.