“Hashtag #KARABAKH ” adlı fərdi layihənin sonuncu təlimi keçirilmişdir

“Hashtag #KARABAKH ” adlı fərdi layihənin sonuncu təlimi keçirilmişdir
“Hashtag #KARABAKH ” adlı fərdi layihənin sonuncu təlimi keçirilmişdir

Azərbaycan Respublikasının  Gənclər Fondunun maliyyə dəstəyi ilə Suraxanı rayonunda yerləşən 76 saylı tam orta məktəbdə icra olunan “Hashtag #KARABAKH” adlı fərdi layihənin ilk təlimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məzahir Əhmədov layihənin vacib nüanslarından söz açaraq layihə haqqında iştirakçılara ətraflı məlumat vermisdir.Daha sonra Layihənin təlimçisi Sona Ağazadə ermənilərin təcavüzkarlığı haqqında danışmış, Ermənistanın məqsədli şəkildə məkirli və hiyləgər planla Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyini iştirakçıların diqqətinə çatdırmışdır. Sona Ağazadə qeyd etmişdir ki, Azərbaycan heç bir zaman öz tarixi torpaqlarından vaz keçən deyil, o vurğulamışdır ki, aparılan məqsədyönlü və düzgün siyasi kurs nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəkdir.Sonda layihə iştirakçılarının sualları cavablandırılmış və həmin suallar əsasında diskussiyalar aparılmışdır.