“Heyvanlara qayğı göstərək” layihəsini yekunlaşdı

“Heyvanlara qayğı göstərək” layihəsini yekunlaşdı
“Heyvanlara qayğı göstərək” layihəsini yekunlaşdı

Azərbaycan Resbuplikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Skautlar Assosiasiyasının və Heydər Əliyev fondunun “Toplan” layihəsinin  təşkilati dəstəyi ilə “Heyvanlara qayğı göstərək” layihəsini yekunlaşdı.

 

Layihə sahibsiz küçə heyvanlarının indiki vəziyyəti,onlara qarşı münasibət, bu sahədə olan məlumatsızlığın aradan qaldırılması və s. kimi problemlərin həlli istiqamətinə yönəlib.

Bir neçə mərhələdən ibarət olan layihənin ilkin mərhələsinə azyaşlı skaut dəstələri “Toplan” sığınacağına məlumat turunda iştirak etdilər. Kinoloq onlara ətraflı məlumat verərək bütün suallarını cavabladı. Növbəti mərhələdə küçə heyvanlarının indiki vəziyyəti  və sadə dillə,əsasən azyaşlılara istiqamətlənən  formatda  məlumat çarxının çəkilişi həyata keçirilib. Çarxlarla  təqdimat mərasimi və eyni zamanda sosial şəbəkələrdə paylaşılaraq ictimaiyyətə təqdim olunub.

Layihə rəhbəri Əsmər Canməmmədovanın sözlərinə görə hal-hazırda yaranan problemlərin çou məlumatsızlıqdan irəli gəlir. “ Böyüklərin səhv davranışı balacalara örnək olur. Və onlarda təəssüflər olsun ki, sahibsiz heyvanlarla bağlı mənfi, aqressiv obrazda balacalara izah edirlər.  Bu da onlarda qorxu yaradır. Biz bu layihədə  çalışdığımız qədər cəmiyyət tərəfindən səhv bilinən məlumatları, qaranlıq qalan məlumatları işıqlandırmağa çalışmışıq. ”.

 

Nəzərinizi çatdıraq ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibidir.