“İKT Akademiyası” layihəsi icra edilir

“İKT Akademiyası” layihəsi icra edilir
“İKT Akademiyası” layihəsi icra edilir

Xeberim.az-ın verdiyi məlumata görə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilən “IKT Akademiyası” layihəsinin açılış tədbiri keçirilmişdir. 
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin Ofisinin rəhbəri Fərid Nəsibov layihə barədə məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Bakıda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT imkanlarından istifadə etməklə əldə edilmiş biliklər vasitəsilə onların cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır. Sonra Layihə rəhbəri Elmar Məmmədov Azərbaycan Gənclər Fondu haqqında, fondun yeni strukturu haqqında məlumat verərək, uğurlar arzulanışdır. O, layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etməyin vacibliyini vurğulayib. Daha sonra “SMM” üzrə mütəxəssis Amal Əsgərov “Media nədir” “Ənənəvi media anlayışı”, “Rəqəmsəmsal marketinq strategiyası”, “CV-nin yazılma qaydaları”, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsindən layihə iştirakçılarına məlumat vermişdir. Daha sonra komandalara bölünərək, hər komanda öz mövzularının təqdimatını etmişdir. 
Layihədə gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanaraq maarifləndirici bukletlər nəşr edilmişdir. Layihə çərçivəsində həyata keçirilən seminarlarda 50 nəfərdən çox tələbə və media nümayəndəsi iştirak etmişdir.

“İKT Akademiyası” layihəsi icra edilir
“İKT Akademiyası” layihəsi icra edilir
“İKT Akademiyası” layihəsi icra edilir
“İKT Akademiyası” layihəsi icra edilir