İnsanlara Işıq Bəxş Edən, Təqdirəlayiq Xanım

İnsanlara Işıq Bəxş Edən, Təqdirəlayiq Xanım
İnsanlara Işıq Bəxş Edən, Təqdirəlayiq Xanım

Həkimlik qədim dövrlərdən bu günümüzə qədər, müqəddəs peşə sayılmış və insanların ağ xalatlılara olan güvən hissi hələdə qalmaqdadır. Səhiyyə sahəsində vətəndaşların hüquqlarını müdafiə edən tanınmış hüquq müdafiəçisi, şair, yazıçı, “ARAŞDIRMAÇI JURNALİST AGENTLİYİ”-nin təsisçisi Amil Hüseynovun daha bir həkim haqqında müsbət fikiri, bu sahəyə olan inamı artırmaqda davam edir.
AJA.az olaraq bu gün daha bir həkim oftolmoloq haqqında danışacağıq.Əlbəttə ki, təsisçimiz Amil Hüseynovun dilindən.
Amil Hüseynov bildirirki: Dünən millət vəkili Hadi Rəcəbli haqqında “mənim övladlarımı şəhərdə hər hansısa xuliqanlıq etdiyini görmüsünüzmü ?” başlıqlı bir yazı gördüm.Bu yazı sosial şəbəkədə paylaşılmışdı.Rəyləri oxuduqca, bir millət olaraq niyə bu qədər cılızlaşdığımızı düşünməyə başladım.Məgər müxalifətçi olmaq bizə kiminsə ailəsini təhqir etmək haqqını tanıyır?
İndi isə mətləbə keçək.Mənim Zərifə ƏLİYEVA adına Milli Oftolmologiya Mərkəzində tanıdığım, hörmət etdiyim insanlardan biridir Ülviyyə xanım.Xəstələrə olan qayğısı təqdirə layiqdir.Şəxsən uzaqdan müşahidə aparmışam və bu xanımın öz peşəsinə necə can yandırdığını öz gözlərimlə görmüşəm.
Hələ onun etdiyi yardımları dilə gətirmək istəmirəmdə.Çünki bunu Ülviyyə xanımda gizli saxlamağa çalışır.Sadəcə vətəndaşların arasında olan bir insan kimi, bunlar mənə sirr olaraq qalmır.
Dünən Hadi Rəcəbli haqqında olan o məqalənin altındakı rəylər də qeyd olunurdu ki, “sənin övladların xaricdə kef çəkir”.Əzizlərim Tahirli Ülviyyə Hadi qızı başqa bir ölkədə kef çəkmir.Biz vətəndaşların qayğısını çəkir.Bildirimki Ülviyyə xanım millət vəkili Hadı Rəcəblinin qızıdır.
Düşünün xanımlar və cənablar, düşünün.