“İnter” “Mançester Yunayted”dən onu istəyir

“İnter” “Mançester Yunayted”dən onu istəyir
“İnter” “Mançester Yunayted”dən onu istəyir

Xeberim.Az komanda.az-a istinadən xəbər verir ki, Milan şəhərinin təmsilçisi "Mançester Yunayted"dən Eşli Yanqı transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi bitəcək Eşli Yanqın "İnter"lə danışıqlara başladığı bildirilib.

"İnter" Yanq üçün MY-yə az məbləğdə pul təklif etməyi düşünür. "Qırmızı şeytanlar" "İnter"in təklifini qəbul etməsə, italyanlar 33 yaşlı futbolçunu yayda azad agent kimi heyətinə qatacaq.

2011-ci ildə "Aston Villa"dan transfer edilən Yanq, cari mövsümdə 19 qarşılaşmada iştirak edərək, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.