Karateçilərimizdən böyük uğur — 16 idmançı, 16 medal - FOTOLAR

Karateçilərimizdən böyük uğur — 16 idmançı, 16 medal - FOTOLAR
Karateçilərimizdən böyük uğur — 16 idmançı, 16 medal - FOTOLAR

Hövsan Olimpiya İdman Kompleksinin idmançıları İran İslam Respublikasının Təbriz şəhərində keçirilən Karate üzrə Master Caup Beynəlxalq Turnirində iştirak edib.

 16 idmançımızın yollandığı yarışdan ölkəmizin qazancı 16 medal olub. 

Medallardan 8-i qızıl, 5-i gümüş, 3-ü bürünc olub. 

Ələkbər Zeynallı, Umud Nurməmmədli, Elton Əliyev, Həsən Əhmədov, Əhmədzadə Cansu (iki qızıl medal), Aysun Bodurova və Şükufə Nurməmmədli qızıl, Uğur Vəlizadə, Ayxan Osmanov, Əli Hacıyev, Natiq Cəfərov, Vildan Hüseynova gümüş, Amil Xəlilov, Aysun Bodurova və Əli Hacıyev bürünc medal qazanıblar.