“Könüllülük - sağlam inkişaf”ın bağlanışı - Fotolar

“Könüllülük - sağlam inkişaf”ın bağlanışı - Fotolar
“Könüllülük - sağlam inkişaf”ın bağlanışı - Fotolar

“Qafqazinfo” xəbər verir ki, bağlanış mərasimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Şəxsi İnkişaf təlimçisi Nigar Kərimova, layihənin təlimçisi Rəşad Bayramov və 30 nəfər gənc iştirak edib.

Pərviz Mustafayev layihənin mahiyyəti, əhəmiyyəti, gənclər üçün faydası və məqsədi haqqında geniş məlumat verərək bildirib ki, layihənin məqsədi yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. 

Vüsal Ömərov qeyd edib ki, bu, gənclərin işsizlik problemlərin aradan qaldırılmasına kömək məqsədi ilə gəncləri əhatə edəcək maarifləndirici proqram təşkilidir. Nigar Kərimova yaradılan şəraitə görə layihənin təşkilatçılarrına təşəkkürünü bildirib və vurğulayıb ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir. 

Sonda təlimçilər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.