Əli Əhmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir". 

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Ağcabədi rayonunda keçirilən regional müşavirədə çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində böyük islahatlar, özünüməşğulluq proqramları həyata keçirilir: "2004-cü ildən bu günədək 2 milyona yaxın yeni iş yeri açılıb və insanlar işlə təmin olunublar. Bununla da insanların rifah halı yaxşılaşıb. Bu gün Azərbaycanda elektrik enerjisi, qaz və su problemi yoxdur. Bölgələrdə yeni içməli su təchizatı və kanalizasiya sistemləri qurulur".