Əli Əhmədov “Qarabağ qaziləri” amputant futbol komandasının üzvləri ilə görüşüb

Əli Əhmədov “Qarabağ qaziləri” amputant futbol komandasının üzvləri ilə görüşüb
Əli Əhmədov “Qarabağ qaziləri” amputant futbol komandasının üzvləri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Qarabağ qaziləri” amputant futbol federasiyası komandasının üzvləri ilə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, görüşdə Əli Əhmədov Azərbaycan dövlətinin Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi qayğıdan bəhs edib və onların daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyib.

 

Görüşdə Qarabağ müharibəsi əlilləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

Daha sonra “Qarabağ qaziləri” amputant futbol komandasının uğurları haqqında məlumat verilib.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

Görüşdə YAP sədrinin müavini, AMEA-nın prezidenti Akif Əlizadə, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da iştirak ediblər.