Milli Məclisin deputatı Sevinc Fətəliyeva seçicilərlə görüşdü

Milli Məclisin deputatı Sevinc Fətəliyeva seçicilərlə görüşdü
Milli Məclisin deputatı Sevinc Fətəliyeva seçicilərlə görüşdü

Deputat Sevinc Fətəliyevanın seçildiyi Suraxanı rayonunda seçicilərlə növəbti görüşünü keçirib.

 Deputat növbəti görüşünü Suraxanı rayonu Hövsan qəsəbəsindəki Baxça küçəsinin sakinləri ilə görüşüb.

Görüş sakinlərin əksəriyyətinin iştirakı ilə açıq hava şəraitində keçirilib. S.Fətəliyeva  seçicilərinin problemləri ilə yerində tanış olub.

Qəsəbə sakinləri və ağsaqqallar əsasən qəsəbə arasındakı yolların və küçələrin daha da abadlaşdırılması, su,qaz, kommunikasiya, sakinlərin asudə vaxtlarını keçirməsi üçün münasib şəraitin yaradılması, sakinlərin işlə təmin olunması və sair kimi məsələlərin həllində deputatadan yardımçı olmalarını xahiş ediblər.

Deputat S. Fətəliyeva xüsusən də həlli qısa zamanda mümkün olan məsələlərin həll olunması ilə bağlı yerindəcə aidiyyatı qurumlara öz tövsiyyə və tapşırılqlarnı verib.

Görüşdə, eyni zamanda, son dövrlərdə ölkədəki ictimai-siyasi proseslər, bəzi dağıdıcı qüvvlərin ölkədə sabitliyi pozmaq istiqamətində cəhdləri, ölkə başçısının son günlərdə sosial sahədə həyata keçirdiyi islahatlar ətrafından da fikir mübadiləsi aparıldı.

Hövsan sakinləri ölkədə əziyyətlər hesabına yaradılan sabitliyin pozulmasına cəhd edən qüvvələrin təxribatçı hərəkətini pisləyərək, ölkə başçsının ətrafında sıx birləşdiyini bir daha bəyan ediblər. Qəsəbə sakinləri ölkə başçısının son dövrlərdə ölkənin həssas təbəqəsi olan aztəminatlı ailələrin, şəhid ailələri, minimum əmək haqqının artırılması istiqamətində imzaladığı sərəncamları yüksək dəyərləndiriblər. Hövsan sakinləri bir daha ölkə başçısının ətrafında sıx birləşdirklərini və dağıdıcı qüvvələrə bu ölkədə yer olmadığını diqqətə çatdırıblar.