Məmmədyarov Petrosyanla sülhə razılaşdı - FOTO

Məmmədyarov Petrosyanla sülhə razılaşdı - FOTO
Məmmədyarov Petrosyanla sülhə razılaşdı - FOTO

Oxu.Az xəbər verir ki, kişilər arasında 206, qadınların yarışlarında 124 şahmatçının mübarizə apardığı yarışların ilk günündə beş turun oyunları keçirilib. 

Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov ukraynalı Eldar Həsənov, misirli Amin Bassim və rusiyalı Aleksandr Morozeviçə qalib gəlib. Lakin Şəhriyar ermənistanlı Tiqran Petrosyan və ukraynalı Anton Korobovla heç-heçə edib.

O, beş turun nəticəsinə görə dörd xal toplayıb. Şəhriyar bu nəticəyə görə turnir cədvəlində beşinci yerdədir.

 

Qədir Hüseynovun aktivində 3,5, Rauf Məmmədovun isə üç xalı var. Qədir 30-cu yerdə, Rauf isə 56-cı pillədə qərarlaşıb.

Maraqlıdır ki, dünya çempionu Maqnus Karlsen ilk iki turda Ukrayna və Özbəkistan şahmatçılarına uduzub. Norveçli şahmatçı üç xalla 76-cı yerdə qərarlaşıb.

Qızlarda isə ilk dörd tur keçirilib. IV turun nəticələrinə görə, Gülnar Məmmədova üç, Günay Məmmədzadə 2,5, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə iki xal qazanıblar. Gülnar XI, Günay 30-52-ci, Zeynəb və Türkan isə 53-76-cı yerlərdə qərarlaşıb.

Xatırladaq ki, rapid yarışları dekabrın 28-dək keçiriləcək. Kişilərin yarışları 15, qadınların turniri isə 12 turdan ibarətdir. Blits üzrə dünya çempionatı isə dekabrın 29-30-da təşkil ediləcək.