Neftin qiymətində 2016-cı ildən indiyədək ən böyük gündəlik artım qeydə alınıb

Neftin qiymətində 2016-cı ildən indiyədək ən böyük gündəlik artım qeydə alınıb
Neftin qiymətində 2016-cı ildən indiyədək ən böyük gündəlik artım qeydə alınıb

AZƏRTAC xəbər verir ki, Milad bayramından sonra, dünən “Brent” markalı xam neftin bir barrelinin qiyməti 5 dollar artaraq 55 dolları ötüb. Bu, 2016-cı ildən indiyədək “qara qızıl”ın qiymətində qeydə alınan ən böyük gündəlik artımdır.

Analitiklərə görə, neftin qiyməti qarşıdakı günlərdə 50-55 dollar/barrel səviyyəsində dəyişəcək. Gələn il “Light” markalı xam neftin qiymətinin 50-60 dollar/barrel, “Brent”in qiymətinin isə 58-70 dollar/barrel aralığında dəyişməsi gözlənilir.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 53,63 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45,54 dollara alıcı axtarır.