Ənvər Haqverdiyev:"Azərbaycan gənclər siyasətinin layiqli davamçısı kimi bundan sonra da əməli fəaliyyətimlə öz töhfəmi verəcəyəm"

Ənvər Haqverdiyev:"Azərbaycan gənclər siyasətinin layiqli davamçısı kimi bundan sonra da əməli fəaliyyətimlə öz töhfəmi verəcəyəm"
Ənvər Haqverdiyev:"Azərbaycan gənclər siyasətinin layiqli davamçısı kimi bundan sonra da əməli fəaliyyətimlə öz töhfəmi verəcəyəm"

YAP Suraxanı rayon təşkilatı aparatının əməkdaşı, gənclər birliyinin üzvü Ənvər Haqverdiyev:"Azərbaycan gənclər siyasətinin layiqli davamçısı kimi bundan sonra da əməli fəaliyyətimlə öz töhfəmi verəcəyəm".

- Mən də, bir qrup gənclərlə birlikdə "Bakı Konqres Mərkəzi"ndə Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə iştirak etdim. Tədbirlə bağlı müsbət təəssüratlarım kifayət qədərdir. Hesab edirəm ki, bu gün Cənab Prezidentin biz gənclərlə səmimi görüşü gənclər üçün böyük stimul olmuşdur. Hər bir gəncin bundan sonrakı həyat və fəaliyyətlərinə istiqamət vermişdir. Möhtərəm Cənab Prezidentin gənclərlə səmimi, dost kimi dialoq formasında öz nitqini qurması, böyük səmimiyyətlə öz gənclik illərini xatırlaması və o dövrlərdə gəncliyin qarşılaşdığı çətinlikləri bugünkü gəncliyin nəzərinə çatdırması böyük əhəmiyyətə malik hadisə oldu. Azərbaycan gənclərinin böyük imtiyazlara malik olduğunu qeyd edən Cənab Prezident, gənclərin qarşısında konkret vəzifələr qoyaraq, Azərbaycanın gələcək inkişafının gənclərin əlində olduğunu xüsusi vurğuladı. O, Azərbaycan sərhədlərini qoruyanların, vətənin müdafiəsində dayananların mütləq əksəriyyətinin gənclər olmasını vurğulayaraq, onların Azərbaycan cəmiyyətində iştirakının mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi. Bu, çox vacib anlardan idi. Daha sonra aprel döyüşləri zamanı Azərbaycan ordusunu təşkil edən gənclərin düşmənə şücaətini ən qəti şəkildə göstərməsi faktını xüsusi qeyd edən Cənab Prezident qəhrəman ordumuzla fəxr etdiyini vurğuladı.Cənab Prezident dövlət orqanlarında gənclərin işlə təmin olunmasının vacibliyindən bəhs edərək, onların işlə təmin olunması barədə tapşırıq və tövsiyələr verdiyini söylədi. Könüllülük prinsipi ilə çalışan gəncləri həvəsləndirməyin lazım olduğu vurğulayan Cənab Prezident "könüllülər" ordusundan gələcəkdə kadr bazası kimi istifadə olunmasının vacibliyini diqqətə çatdırdı. Gənc sahibkarların, siyasətçilərin, diplomatların yetişməsinin əhəmiyyətini xüsusi qeyd etdi.Azərbaycanın dövlət müstəqilliyinin əbədi və əzəli olduğunu deyən Cənab Prezident bunu qorumaq və saxlamaq üçün gənclərin yaxşı təhsil almalarını, çox çalışmalı olduqlarını, peşələrinə yaxşı yiyələnmələrini, vətənpərvər olmağı gənclərə tövsiyə etdi və gəncləri "Gənclər Günü" münasibəti ilə ürəkdən təbrik etdi. Başqa bir diqqətçəkən məqam isə natiqlərin çox diqqətlə seçilməsi və Azərbaycana ötən illər ərzində öz uğurları ilə töhfələr vermiş gənclərin ürək sözlərini ifadə etmələri tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılandı. İfadə olunan fikirlərin əsasında "Azərbaycançılıq ideyası və məfkürəsi" var idi. Çıxış edənlər arasında Qarabağ qazisi Kamil Musəvinin qətiyyətli və düşmənə qarşı barışmaz mövqeyi, milli qəhrəman Raqub Orucovun övladının vətənə olan sevgisi və Cənab Prezidentin xüsusi qayğı göstərməsi, onları öz balası kimi bağrına basması Bakı Konqres Mərkəzində kövrək anların yaşanmasına səbəb oldu. Mən bir gənc olaraq, çox böyük qürur hissi duyuram ki, Azərbaycan gənclər siyasətinin layiqli davamçısı kimi bundan sonra da əməli fəaliyyətimlə öz töhfəmi verəcəyəm. Cənab Prezidentlə keçirilmiş görüşdən sonra bir daha əmin oldum ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.